Bakı daxil olmaqla Xəzərin bir neçə limanına Rusiya şirkətinə məxsus gəminin kruiz səfərləri planlaşdırılır

post-img

Dövlət Dəniz və Liman Agentliyində Rusiyanın kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüş olub.

Agentlikdən bildirilib ki, görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolundan danışılıb. Qeyd edilib ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.

Görüşdə həmçinin “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli 3 yeni nəsil kruiz gəmisinin tikintisi və onların gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planından danışılıb.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.



İqtisadiyyat