Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən yaylaqlara 190 min arı ailəsi aparılıb. Bunun da 130 mini Kəlbəcərə köçürülüb.
Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib ki, mövsüm ərzində bölgələrə, o cümlədən işğaldan azad edilmiş Xocavənd, Hadrud, Zəngilan, Kəlbəcər, Qubadlı və digər yaylaq ərazilərinə 4217 arıçılıq təsərrüfatı köçürülüb. Həmin təsərrüfatların məhsulları sentyabrın 9-dan Bakıda Kənd Təsərrüfatı Nazirliyi və “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən 24-cü respublika sərgi-satış yarmarkasında təqdim edilir.