Nəzarət-kassa aparatları yeniləşdirilir

post-img

Dövlət Vergi Xidməti ölkədə yeni nəsil nəzarət-kassa aparatlarına keçilməsini davam etdirir. Xidmətdən aldığımız məlumata görə, indiyədək respublika ərazisində 100 min 637 ədəd müasir NKA quraşdırılıb. 

Bu cür NKA-dan istifadə hesablaşma­ların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınma­sına və dövriyyəyə nəzarətin təmin edil­məsinə imkan yaradıb. Cari ilin 8 ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15,6 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,4 milyard manatdan, yaxud 10,2 faizdən çoxdur.

İqtisadiyyat