Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən sentyabrın 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 364,465 milyon dollar gəlir əldə edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 56 faiz azalaraq 113,878 milyon dollar təşkil edib.