Dövlət standartlarının tətbiqi 6 dəfə çoxalıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında 2023-cü ildə Azərbaycanda dövlət standartlarının tətbiqinin 2020-ci illə müqayisədə 6 dəfə artdığını bildirib. 

Onun sözlərinə görə, son illərdə ölkə iqtisadiyyatının müxtəlif sektorların­da standartların tətbiqinin genişlənməsi məhsul istehsalı və xidmətlərin müasir tələblərə uyğun təşkil olunmasına, iqtisa­di fəaliyyətlərdə innovativ texnologiyalara üstünlük verilməsinə, insanların həyat və sağlamlığının mühafizəsinə, məhsul, eləcə də xidmətlərin keyfiyyətinin yaxşılaşdırıl­masına geniş imkanlar yaradır.

İqtisadiyyat