DGK əməkdaşları xeyli miqdarda dərman vasitələri aşkar ediblər

post-img

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda dərman vasitələrinin gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Moskva-Bakı aviareysi ilə gələn iki Azərbaycan vətəndaşı “Yaşıl kanal” buraxılış sistemindən gömrük zonasını tərk edən zaman hərəkətlərində şübhə yarandığı üçün “Qırmızı kanal”a yönləndirilərək əl və baqaj yüklərinə rentgen qurğusu vasitəsilə baxış keçirilib.

Yoxlama zamanı hər iki şəxsdən gömrük orqanlarına bəyan edilməyən ümumilikdə 228 min 597 dərman vasitəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

İqtisadiyyat