Bu ilin yanvar–iyul aylarında respublikamızda 2 min 524 minik avtomobili, 290 yük avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsinin bununla bağlı məlumatında ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalının 35,3 faiz, yük avtomobili istehsalının isə 42,2 faiz artdığı bildirilib.
Qeyd edək ki, cari ilin avqust ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı müvafiq olaraq 373 minik, 62 isə yük avtomobili təşkil edib.