“Xtra Plast” MMC-yə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Agentlikdən aldığımız məlumata əsasən, müəssisədə plastik tara istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 20 nəfər işlə təmin ediləcək. İstehsal olunan məhsullar daxili bazarda satılacaq.