“Xanbulaq” “Araz Vadisi”ndə

post-img

“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib. İqtisadiyyat Nazirliyindən bildirilib ki, bununla da “Araz Vadisi İqtisadi Zonası” rezidentlərinin sayı 12-yə çatıb. Şirkət tərəfindən bu sənaye parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulu.

İnvestisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılıb.

 

İqtisadiyyat