Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında bildirilir ki, cari ilin yanvar–iyun ayları ərzində dövlət əmlakının icarəsindən büdcəyə 17,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Qeyd edilib ki, bu dövrdə qeyri-yaşayış sahəsinə dair 308 yeni icarə müqaviləsi bağlanılıb və dövlət büdcəsinə 3,3 milyon manat vəsaitin ödənilməsi reallaşdırılıb. Eyni zamanda, ilk 6 ayda 1518 torpaq sahəsinə dair yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 14,5 milyon manat məbləğində vəsait ödənilib.
Ümumilikdə isə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü ilin birinci yarımilliyi ərzində 1826 yeni icarə müqaviləsi bağlanılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bağlanan icarə müqaviləsinin sayı 4,88 faiz artıb.
Hesabat dövründə daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 17,8 milyon manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2023-cü ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz artım qeydə alınıb.