Kürdəmirin işıq şəbəkəsi yenilənir

post-img

Kürdəmir  rayonunun 7 kəndinin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə elektrik şəbəkəsi yenilənir.

“Azərişıq” ASC-dən aldığımız məlumata görə, rayonun Axtaçı, Axtaçı Qarabucaq, Pirəköcə, Xəlsə, Qocalı və Hacımustafalı kəndlərində 0,4 və 10 kV-luq elektrik xətləri və dayaqlar yenilənib, köhnə tipli transformator məntəqələri yeni güc mərkəzləri ilə əvəz olunub. Ümumilikdə, həmin kəndlərdə 16 komplekt transformator məntəqəsi (KTM), həmçinin, yeni SMS tipli sayğaclar quraşdırılıb.

500-dən çox abonentin yaşadığı Muradxan kəndində də elektrik şəbəkəsi tamamilə yenilənir. Görülən işlər çərçivəsində kənddə yeni güc mərkəzi – 14 KTM quraşdırılır. Kənddə yeni 0,4 və 10 kV-luq elektrik xətləri çəkilir, dayaqlar basdırılır.

Yenidənqurma işlərinə cəlb olunan kəndlərdə ­1000-ə yaxın abonent dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq. “Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq mərhələli şəkildə ölkənin digər regionlarında, bir sıra kənd və qəsəbələrdə də yenidənqurma işlərini davam etdirir.

İqtisadiyyat