ABŞ-yə məhsul ixracı 32 dəfəyə yaxın çoxalıb

post-img

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Amerika Birləşmiş Ştatları (ABŞ) ilə ticarət dövriyyəsinin ümumi həcmi 184,1 milyon ABŞ dolları və ya 73 faiz artaraq 436,5 milyon ABŞ dollarını üstələyib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, cari ilin ilk 6 ayında Azərbaycandan ABŞ-yə 164,4 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da ötən ilin göstəricisindən 159,3 mil­yon dollar və ya 31,8 dəfə çoxdur.

ABŞ-dən Azərbaycana idxal edilən məhsulların dəyəri isə 24,8 milyon ABŞ dolları və ya 10,1 faiz artaraq 272 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində ABŞ ilə ticarətin payı 2 faiz təşkil edib ki, bu da bir il öncəki göstərici­dən 1,04 faiz çoxdur.

İqtisadiyyat