“Mərkəzi Azəri”dən 1,11 milyard barel neft hasil olunub

post-img

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun tammiqyaslı işlənməsinin “Faza-2” layihəsi çərçivəsində 2005-ci ildə istismara verilmiş “Mərkəzi Azəri” platformasından hasilat uğurla davam etdirilir. 

2024-cü il tarixinədək bu unikal platformadan 1,11 milyard barel neft və 85,95 milyard kubmetr səmt qazı hasil edilib. Ümu­milikdə, ötən müddətdə AÇG yatağından hasil olunan neftin 25,22 faizi, səmt qazının isə 38,56 faizi “Mərkəzi Azəri” platformasının payına düşüb.

Bu barədə SOCAR-dan məlumata verilib. “Azəri” yatağının mərkəzi hissəsində quraşdırılmış platforma Bakıdan 100 kilometr şərqdə, Xəzər dənizində suyun dərinliyinin təxminən 128 metr olduğu yerdə yerləşən dəniz hasilat, qazma və yaşayış platforma­sıdır.

İqtisadiyyat