“AzerGold” QSC 8 ildir ki, fəaliyyət göstərdiyi bölgələrdə daimi iş yerləri yaradaraq, məşğulluğun artırılmasına töhfə verir, işçiləri tam təhlükəsiz, layiqli əmək şəraiti ilə təmin edir.
XQ xəbər verir ki, hazırda “AzerGold” və onun törəmə şirkətləri - Daşkəsən Dəmir Filiz/Dashkasan Iron Ore MMC və Azerblast MMC-də çalışan əməkdaşların sayı, ümumilikdə, 989 nəfər (“AzerGold” QSC-də 696 nəfər, törəmə şirkətlərdə 293 nəfər) təşkil edir. Səhmdar cəmiyyətin fəaliyyəti nəticəsində podratçı şirkətlərlə bərabər 2000 nəfərdən çox insan üçün daimi iş yerləri yaradılıb. Bu müddət ərzində təhlükəsiz iş saatlarının sayı isə 6.5 milyona çatıb.
Anar ƏLİ
XQ