Kredit qoyuluşu 25 faiz artıb

post-img

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu bu il iyunun 1-nə 26 milyard 498 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına görə, bu, aylıq müqayisədə 2 faiz çox, ilin əvvəlinə nisbətən 10,5 faiz, illik müqayisədə isə 24,5 faiz çoxdur.

Kredit qoyuluşunun 18 milyard 709 milyon manatı və yaxud 70,6 faizi özəl bankların payına düşüb. Bu, 1 il əvvələ nisbətən 13,9 faiz çoxdur.

Hesabat dövründə dövlət banklarının kredit qoyuluşu 6 milyard 449 milyon ma­nat təşkil edib. Bu, illik müqayisədə 52,5 faiz yüksəkdir. İl ərzində dövlət bankları­nın ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 19,9 faizdən 24,3 faizə qalxıb.

Mayın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 340 milyon manat olub. Bu, il­lik müqayisədə 2,1 dəfə çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 2,9 faizdən 5,1 faizı çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına ma­likdir. BOKT-ların sayı isə 55-dir.

İqtisadiyyat