Bu ilin may ayında Azərbaycanda nağdsız ödənişlərin məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artaraq 6 milyard 259 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bunun 5 milyard 245,6 milyon manatı (83,8 faiz) elektron ticarətin payına düşüb. Qalan məbləğ POS-terminallar və özünə xidmət terminalları vasitəsilə həyata keçirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının həcminin 62,2 faizini təşkil edib.
Bu il iyunun 1-nə Azərbaycanda ödəniş kartlarının sayı 17 milyon 867 min ədəd təşkil edib. Bu, aylıq müqayisədə 1,1 faiz, ilin əvvəlinə nisbətən 5,6 faiz, illik müqayisədə isə 21,2 faiz çoxdur.