Aparılan müzakirələrdə sahibkarların və ya tənzimləyicilərin üzləşdiyi çətinliklərin həm də qanunvericilikdəki boşluqlardan irəli gəldiyi bildirildi. Biz startap ekosistemini təmin etməli, maliyyəyə çıxış və vençur kapitalının cəlbi ilə bağlı işlər görməliyik.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Baku ID” (Baku İnvestment Day) innovasiya festivalının açılışında deyib.
"Hazırda rəqəmsal texnologiyanın transformasiyası mərkəzini işə salırıq. Bunun üçün müvafiq yerlər ayırdıq. Məqsəd sahibkarlar üçün platforma təmin etməkdir. Azərbaycanda innovasiya siyasəti və baxışı daha aydın ifadə olunmalıdır", - deyən nazir vurğulayıb ki, bunun üçün uğurlu başlanğıc edilməlidir.