Fermerlərə 32 milyon manat sərfəli kredit

post-img

Bu ilin yanvar–may aylarında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 5251 kənd təsərrüfatı texnikasının satışı maliyyələşdirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 88,7 faiz çoxdur. 

Aqrar Tədqiqatlar Mərkəzinin hesabatına görə, cari ilin ilk beş ayında kənd təsərrüfatında fəaliyyət göstərən 1645 fiziki və hüquqi şəxsə 31,8 milyon manat məbləğində güzəştli kredit verilib.

Bunun 27,7 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 35 min manatı güzəştli kreditlər, 4,1 milyon manatı isə mikrokreditlərdir.

İqtisadiyyat