Xankəndidən Laçına rahat Şuşa yolu

post-img

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Xankəndi–Şuşa–Laçın avtomobil yolunun tikintisi davam edir.

Məlumatda ümumi uzunluğu 34 kilometr olan yolda 2 körpü, 4 tunel və 73 müxtəlif ölçülü suötürücü boruların inşasının nəzərdə tutulduğu bildirilir. 

Hazırda uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında, uzunluğu 540 metr olan ikinci tunelin çıxış portalında qazma işləri görülür. Ərazidə, eyni zamanda, layihə üzrə kommunikasiya xətlərinin köçürülməsi işləri də həyata keçirilir.

Xankəndi–Şuşa–Laçın avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilən ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

İqtisadiyyat