Kimyadan tikintiyə

post-img

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsində işlər tamamlanmaq üzrədir. 

Agentlikdən verilən məlumata görə, yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Artıq layihə üzrə görülən işlərə 15 milyon manat sərmayə qoyulub. Zavodda tikinti kimyəvilərin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müasir, müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalı da nəzərdə tutulur.

Qeyd edək ki, 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilmiş “Kartaş Kimya” MMC-nin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

İqtisadiyyat