Dünən BP şirkəti yerli ali təhsil müəssisələrində fənlərarası münasibətlərin və ya fənlərarası inteqrativ tədrisin tətbiqinə yönəlmiş və bu yaxınlarda tamamlanmış yeni təhsil layihəsini təqdim etdi. Layihənin əsas məqsədi “Fənn münasibətləri – yeni biliklər istehsalı” adlı kitabın hazırlanması və nəşri idi. Kitab Azərbaycanda fəaliyyət göstərən 40-dan çox ali təhsil müəssisəsinin rəhbər işçiləri, müəllim və professorları, doktorantları və magistrləri üçün nəzərdə tutulub.
Təqdimat mərasimində BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək deyib: “İnanırıq ki, bu kitabı nəşr etməklə çətin yerli və qlobal problemlərin həlli, eləcə də mürəkkəb mövzuların başa düşülməsi və irəli aparılması üçün intellektual resursların və biliklərin sərhədləri silərək bir araya gətirilməsinin qaçılmazlığını vurğulamış oluruq. Bu cür yanaşma müxtəlif fənləri və təcrübəni bir araya gətirməyə və inteqrasiya olunmuş yeni biliklər yaratmağa imkan verir. Ümid edirik ki, bu, öz növbəsində, ümumi təhsil potensialını artırmağa və dəyişən dünyanın problemlərini həll etməyə qadir yüksək keyfiyyətli mütəxəssislər və səriştəli işçi qüvvəsi ilə bazarı təmin etməyə şərait yaradacaq”.
Tədbirdə kitabın həmmüəllifləri İlqar Orucov, Manuela Harqasner-Delpos (videomüraciət) çıxış edərək belə bir fundamental dərs vəsaitinin ərsəyə gəlməsində hərtərəfli dəstəyə görə BP şirkətinin rəhbərliyinə təşəkkürlərini çatdırdılar. Kitabın ölkənin ali məktəblərində fənlərarası əlaqələrin yaradılmasına mühüm töhfə verəcəyi vurğulandı. Qeyd olundu ki, fənlərarası termini bir neçə fundamental fənnin və ya ənənəvi tədris sahəsinin metod və özül biliklərini birləşdirərək istifadə edən tədqiqatlara aid edilir.
Daha sonra ADPU-nun rektoru Cəfər Cəfərov, Milli Məclisin deputatı Rəşad Mahmudov, ETN Təhsilin İnkişafı Fondunun rəhbəri Elnur Nəsibov və başqaları çıxış edərək kitabı yerli ali təhsil müəssisələri üçün yeni tədqiqat istiqaməti və onlartın əmək bazarını yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək imkanlarının artırılmasına BP-nin töhfəsi kimi dəyərləndirdilər.
Qeyd edək ki, “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti” İctimai Birliyi tərəfindən bir il müddətində həyata keçirilən layihənin ümumi dəyəri, təxminən, 79 min 300 manat təşkil edib.
XQ
BP-nin “bilik istehsalı”
- İqtisadiyyat
- 10:06 13.06.2024
- Oxunma sayı: 864
Açar sözlər:
Paylaş:
101 yaşlı nənənin kötücə arzusu
10:06 13.06.2024İqtisadiyyat
Naxçıvandan Zəngəzur dəhlizinə keçid yenidən qurulur
02:33 06.12.2025Geoloqlarımız Özbəkistanda neft kəşfiyyatına qoşulublar
02:33 06.12.2025Asiya İnkişaf Bankının ölkəmizə “həssaslıq” dəstəyi
02:32 06.12.2025Naxçıvanda Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu
10:26 05.12.2025Çinin enerji saxlama təcrübəsi öyrənilir
10:25 05.12.2025Regionun iqtisadi lideri
10:24 05.12.2025Qahirədə D-8 ölkələri ticarət nazirlərinin görüşü
10:23 05.12.2025Azərbaycan şərabları Çinin Nankin və Sian şəhərlərində tanıdılıb
18:05 04.12.2025-
- 01:05 07.12.2025
-
- 00:35 07.12.2025
-
- 00:18 07.12.2025
-
- 23:52 06.12.2025
-
- 23:41 06.12.2025
-
- 23:27 06.12.2025
-
- 23:19 06.12.2025
-
- 23:13 06.12.2025
-
- 22:16 06.12.2025
-
- 16:16 06.12.2025
-
- 16:13 06.12.2025
-
- 16:10 06.12.2025
-
- 16:04 06.12.2025
-
- 15:16 06.12.2025
-
- 11:28 06.12.2025
-
- 10:31 06.12.2025
-
- 02:59 06.12.2025
-
- 02:59 06.12.2025
-
- 02:58 06.12.2025
-
- 02:58 06.12.2025
-
- 02:57 06.12.2025
-
- 02:56 06.12.2025
-
- 02:55 06.12.2025
-
- 02:55 06.12.2025
-
- 02:54 06.12.2025
-
- 02:53 06.12.2025
-
- 02:52 06.12.2025
-
- 02:51 06.12.2025
-
- 02:50 06.12.2025
-
- 02:37 06.12.2025
-
- 02:35 06.12.2025
-
- 02:33 06.12.2025
-
- 02:33 06.12.2025
-
- 02:32 06.12.2025
-
- 02:31 06.12.2025
-
- 02:30 06.12.2025
-
- 02:28 06.12.2025
-
- 02:27 06.12.2025
-
- 02:27 06.12.2025
-
- 02:26 06.12.2025

