Dövlət Turizm Agentliyinin yaydığı məlumatda bildirilir ki, cari ilin yanvar-may aylarında Azərbaycana 965 min 556 xarici vətəndaş (2023-cü ilin eyni dövrü ilə müqayisədə 35 faiz çox) səfər edib. Təkcə may ayında ölkəyə 239 min 272 nəfər (ötənilki göstəriciyə nisbətən 26 faiz çox) gəlib.
Məlumata görə, may ayında respublikamıza ən çox turist 68,8 min nəfər olmaqla Rusiyadan gəlib. İkinci yerdə Türkiyə 37,5 min, Hindistan isə 29,7 min turist olmaqla ilk üçlükdə qərarlaşıb.
Bu dövrdə İrandan 19,4 min, Gürcüstandan 8,7 min, Qazaxıstandan 6,9 min, Səudiyyə Ərəbistanından 6,6 min, Pakistandan 5,8 min, Çindən 4,7 min, Özbəkistandan 3,9 min, İsraildən 3,3 min turist gəlib.