“Bulla-dəniz” yatağı – 69,9 milyard kubmetr qaz

post-img

Xəzərin Azərbaycan sektorunda yerləşən “Bulla-dəniz” yatağından 2024-cü il mayın 1-dək 69,9 milyard kubmetr qaz hasil olunub. Bu barədə məlumat Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Caspian Oil&Gaz” neft-qaz sərgisi zamanı SOCAR tərəfindən verilib. Bildirilib ki, ötən müddətdə yataqdan 12,4 milyon ton neft (kondensatla birlikdə) çıxarılıb. 

Xatırladaq ki, “Bulla-dəniz” yatağı Bakı arxipelaqının şimal hissəsində, Ələt burnundan 22-23 kilometr, Bulla adasından isə 12-15 kilometr, “Səngəçal-dəniz–Duvannı-dəniz–Xərə Zirə adası” yatağından isə 10 kilometr cənub-şərqdə yerləşir. Burada dənizin dərinliyi 17 metrdən 30 metrə qədər, bəzi ərazilərdə isə daha cox dəyişir. 

Bu yataq seysmik-kəşfiyyat işləri nəticəsində 1951-ci ildə aşkar edilib. Yatağın neftlilik-qazlılığı isə 1973-cü ildə qazılmış 18 saylı quyu vasitəsilə dəqiqləşdirilib. Həmin quyudan VII horizontun 5203-5190 metr hüdudlarından sınaq vaxtı orta gündəlik 200 ton kondensat və 1 milyon kubmetr qaz alınıb.

İqtisadiyyat