“Saudi Aramco”: Bakı forumu enerji təhlükəsizliyindən danışmaq üçün gözəl fürsətlər yaradır

post-img

Bakı Enerji Forumu enerji təhlükəsizliyindən danışmaq üçün gözəl fürsətlər yaradır.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Saudi Aramco” şirkətinin baş vitse-prezidenti Fahad K.Al Dhubaib Bakı Enerji Forumunda “Liderlərin çıxışları: Enerji təhlükəsizliyi 2.0” mövzusundakı panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, enerji təhlükəsizliyi çox vaxt geosiyasətlə bağlı olur.

“Saudi Aramco” olaraq üzərimizə böyük məsuliyyət götürmüşük. Əsas hədəfimiz enerji təhlükəsizliyini təmin etməkdir. Sərmayələr və əlavə ehtiyatlar qlobal iqtisadiyyatda enerji tələbatı ilə bağlı işimizi davam etdirə bilməyimizə imkan yaradır. Biz birlikdə işləməliyik və ənənəvi enerji ilə bərpaolunan enerji üzrə işləri paralel aparmalıyıq. Bu iki sistemin paralel işləməsi keçid üçün çox vacibdir. Tələbatın başa düşülməməsi, investisiyanın düzgün yatırılmaması ilə nəticələnə bilər ki, bu həm ənənəvi, həm də bərpaolunan enerji sahəsinə aiddir”, - deyə o diqqətə çatdırıb.

İqtisadiyyat