BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel 29-cu Bakı Enerji Həftəsi və Forumunda iştirak etmək üçün Bakıda planlaşdırılmış üçgünlük işgüzar səfərdədir. Qeyd edək ki, BP rəsmisinin səfər proqramı bu gün öz işinə başlayan Enerji Həftəsinin açılışı ilə başlayır. Tədbirdə onu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qəri Counz və şirkətin regional rəhbərliyinin digər üzvləri də müşayiət edəcək.
Builki Enerji Həftəsində BP dünya səviyyəli “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağının 30-illik uğur hekayəsini qürurla təqdim edəcək. AÇG-nin əməliyyatçısı olaraq BP bu nəhəng yatağın Azərbaycanın müstəqilliyini dəstəkləyən, xalqın həyatını dəyişdirən və ölkənin dayanıqlı gələcəyini təmin edən bir milli sərvətə çevrilməsində mühüm rol oynayıb.
BP-nin stendində Qordon Birtel və Qəri Counz AÇG-nin keçdiyi möhtəşəm tarixi yola nəzər salacaq və müxtəlif texnologiyaların köməyi ilə yataqdan maksimum neftverməyə nail olmaq üçün şirkətin hazırda gördüyü işlər haqqında məlumat verəcəklər. Onlar həmçinin BP-nin regiondakı digər layihələri, o cümlədən beş cinahın sonuncusu olan şərq-şimal cinahından bu yaxınlarda hasilata başlamış nəhəng “Şahdəniz” qaz yatağının işlənməsi layihəsi üzrə görülən işlərin hazırkı vəziyyəti ilə bağlı məlumatları bölüşəcəklər.
Səfər çərçivəsində Qordonun həmçinin bir sıra şirkətxarici görüşləri, BP-nin regional rəhbərliyinin üzvləri ilə biznes prioritetlərinin müzakirəsi və yerli televiziya ilə planlaşdırılmış bir müsahibəsi də gözlənilir.
XQ