Sualtı nasoslar ABŞ şirkəti ilə birgə yığılacaq

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin neft və qaz hasilatı üzrə strukturu “Azneft” İstehsalat Birliyi və ABŞ-nin “Baker Hughes” şirkəti ölkəmizdə sualtı elektrik nasoslarının yığılması və texniki xidməti üzrə birgə mərkəzin yaradılması barədə razılığa gəliblər. 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Bildirilib ki, Bakıda “Baker Hughes” ESP texnologi­yasının Azərbaycanda tətbiqi və elektrik mərkəzdənqaçma sualtı nasoslarının yığılması, təmiri və texniki xidməti üzrə ölkədə birgə mərkəzin yaradılması üzrə öhdəlik məktubunun imzalanması məra­simi keçirilib. Müqavilə “Baker Hughes” şirkətinin Xəzər regionu üzrə direktoru Karlo Beltram və SOCAR-ın “Azneft” İs­tehsalat Birliyinin baş direktoru Əli Qur­banov arasında imzalanıb. 

Xatırladaq ki, “Baker Hughes” dünyanın aparıcı neft və qaz xidmət­ləri şirkətlərindən biridir. Qurumun xidmətlərinə qazma, ehtiyatın qiy­mətləndirilməsi, yataqların işlənmə­si və s. daxildir. Qərargahı ABŞ-nin Texas ştatının Hyuston şəhərində yerləşən şirkətin 120-dən çox ölkədə 54 min işçisi var. 

XQ

İqtisadiyyat