Ötən il qeyri-neft ixracı 3,3 milyard dolları ötüb

post-img

2023-cü ildə ölkədə qeyri-neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə isə 3,9 faiz artaraq 3 milyard 348 milyon ABŞ dolları təşkil edib. 

Bu barədə “Azərbaycan Respublika­sının 2023-cü il dövlət büdcəsinin icrası” haqqında hesabatda qeyd olunub. Bildi­rilib ki, ötən ilin sonuna olan məlumata əsasən, profisitli tədiyyə balansı şərai­tində ölkənin məcmu valyuta ehtiyatları əvvəlki illə müqayisədə 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb. Bu göstərici ümumi daxili məhsulun 94,7 faizinə bə­rabər olmaqla xarici dövlət borcunu, təq­ribən, 10,6 dəfə üstələyib.

XQ

İqtisadiyyat