Dövlət Gömrük Komitəsindən (DGK) bildirildiyinə görə, cari ilin yanvar-aprel aylarında bu sahədən büdcə daxilolmaları 1 milyard 980 milyon manat təşkil edib.
Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 52,4 faiz artaraq 757 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22 faiz azalaraq 1 milyard 146,7 milyon manat, aksizlər üzrə daxilolmalar 2 faiz artaraq 63,6 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 25,4 faiz azalaraq 12 milyon 703 min manat olub.
XQ