Azərbaycandan ilk yük qatarı modernləşdirilmiş Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xətti ilə mayın 25-də səhər saatlarında Türkiyə ərazisinə daxil olub. Qatar 20 konteynerə yüklənmiş 632 ton plastik xammalı Bakıdan Qarsa çatdırıb.
Yerli vaxtla saat 04.50-də Qars stansiyasına çatan qatar müvafiq gömrük prosedurlarından sonra Qars logistika mərkəzinə aparılıb.
Xatırladaq ki, 2023-cü ilin may ayında BTQ dəmir yolunun Gürcüstan hissəsinin 184 kilometrlik hissəsinin modernləşdirilməsi və genişləndirilməsinə başlanan işlər bu il mayın 20-də tamamlanıb.
XQ