Sığorta yığımları yüksəlib

post-img

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda sığorta yığımlarının həcmi 543 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 16,1 faiz çox) təşkil edib. 

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında daha sonra bildirilir ki, he­sabat dövründə sığorta şirkətləri tərəfin­dən 209,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 56 faiz çox) sığorta ödənişi edilib.

Bu ilin ilk dörd ayında sığorta bazarı­nın zərərliliyi (ödəniş-yığım nisbəti) 28,8 faizdən 38,6 faizə yüksəlib.

XQ

İqtisadiyyat