Ötən il ölkəmizdə investisiya şirkətlərinin vəsaitləri əvvəlki illə müqayisədə 12 faiz artaraq 121 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) “2023-cü il üzrə maliyyə sabitliyi hesabatı”na əsasən, bu dövrdə investisiya şirkətlərinin öhdəlikləri isə 9 faiz artaraq 75 milyon manata, balans kapitalı isə 46 milyon manata çatıb.
Hesabatda qeyd olunub ki, investisiya şirkətlərinin müştəri vəsaitləri əvvəlki illə müqayisədə 29 faiz artaraq 1,6 milyard manata yüksəlib. Bunun əsas səbəbi isə xarici bazarda broker xidmətləri olub. Belə ki, hesabat ili ərzində xarici bazarda broker xidmətləri üzrə müştəri aktivləri 27 faiz artıb.
AMB-nin hesabatında vurğulanıb ki, investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. 2023-cü ilin sonuna olan məlumatlara əsasən, sektor üzrə məcmu kapital 42,6 milyon manat, tələb olunan kapital isə 5,3 milyon manat təşkil edib. Bu da investisiya şirkətlərinin kifayət qədər kapital buferinə sahib olmasını şərtləndirir.
XQ