Bakı Limanı–Aİ: 8 birgə layihə

post-img

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov “Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı Biznes Forumu”nda rəhbərlik etdiyi qurumun Avropa İttifaqı (Aİ) ilə sıx əməkdaşlığı nəticəsində 2016-cı ildən indiyədək birgə 8 layihə tamamlandığını bildirib.

T. Ziyadovun sözlərinə görə, Bakı Li­manının əsas məqsədi Çindən Avropaya qədər “yaşıl dəhliz” yaratmaqdır: “Bu isə o deməkdir ki, bütün nəqletmə marşrutla­rı, dəmir yolu infrastrukturu “yaşıl” olma­lıdır.

Xatırladaq ki, Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci il mayın 14-də açılışı olmuş Bakı Limanının 1-ci mər­hələdə yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU kontey­nerdir. Şərq-Qərb və Şimal-Cənub bey­nəlxalq nəqliyyat qovşaqlarının kəsişmə­sində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda, dünyada formalaşan yeni real­lıqlar fonunda tranzit ölkə kimi Azərbay­cana böyük tələb formalaşıb və bu amil də respublikamızın ən böyük dəniz qapı­sı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artıb.

XQ

İqtisadiyyat