Bu ilin yanvar–aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard 749,5 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən aldığımız məlumata əsasən, həmin göstəricilər 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9 faiz və 20,4 faiz çoxdur.
Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 faiz azdır.
XQ