İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 50 min 35 borcalana 3 milyard 75 milyon 946 milyon manat kredit verib.
İKZF-dən aldığımız məlumata əsasən, indiyə qədər 439 milyon 716 manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4434 mənzil isə kirayəyə vermək yolu ilə reallaşdırılıb.
Xatırladaq ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir. Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
XQ