Əhmədbəylidən Şuşaya rahat yol

post-img

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 81,7 kilometr  uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi davam etdirilir. 

Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, I texniki dərəcəyə malik yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolaqlı olacaq.

Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. 

Avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.

XQ

İqtisadiyyat