Qarabağda 85,7 min sahibkar fəaliyyət göstərir

post-img

Bu ilin birinci rübündə Qarabağ iqtisadi rayonunda ötən ilin eyni dövrü ilə müqayisədə mikro sahibkarlıq subyektlərinin sayı 2,2 faiz artaraq 3715 olub.

Bu barədə “XQ”yə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, hesabat dövründə iqtisadi rayon üzrə kiçik sahibkarlıq subyektlərinin sayı 1,8 faiz artaraq 179, orta sahibkarlıq sub­yektlərinin sayı 1,9 faiz artaraq 70, iri sahibkarlıq subyektlərinin sayı 0,8 faiz artaraq 6, fərdi sahibkarların sayı isə 6,4 faiz artaraq 85723 təşkil edib.

Yanvar-mart aylarında Şərqi Zəngə­zur iqtisadi rayonunda kiçik sahibkarlıq subyektlərinin ayı 0,5 faiz artaraq 48-ə, orta sahibkarlıq subyektlərinin sayı 0,4 faiz artaraq 15-ə, iri sahibkarlıq subyekt­lərinin sayı 0,2 faiz artaraq 2-ə, fərdi sahibkarların sayı isə 0,4 artaraq 5081 olub.

XQ

İqtisadiyyat