Kəlbəcərdə yeni 4 SES

post-img

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “yaşıl enerji”yə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət edilməsi, ekoloji cəhətdən təmiz enerji istehsalına nail olunması istiqmətində kompleks tədbirlər həyata keçirilir. 

Qurum hazırda Kəlbəcər rayonunun ərazisində 4 su elektrik stansiyasının tikintisini davam etdirir. “AzərEnerji”dən aldığımız məlumata görə, 4,3 meqavat gücündə “Zar”, 8,8 meqavat gücün­də “Nadirxanlı”, 8,6 meqavat gücündə “Aşağı Vəng” və 22,5 meqavat gücündə “Yuxarı Vəng” su elektrik stansiyalarının bu il ərzində istismara verilməsi planlaş­dırılır.

Qeyd edək ki, 2020-2023-cü illər ərzində Kəlbəcər rayonunda “AzərEner­ji” tərəfindən ümumi gücü 32 meqavat olan “Kəlbəcər-1”, “Meydan”, “Qamışlı”, “Çıraq-1”, “Çıraq-2” və “Soyuqbulaq” ki­çik su elektrik stansiyaları yenidən qu­rularaq ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istismara verilib. Məskunlaş­ma siyasətinə uyğun olaraq 20-dən ar­tıq kəlbəcərli həmin stansiyalarda daimi işlə təmin olunub. Ötən müddətdə bu stansiyalarda 70 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz enerji is­tehsal edilib. 

XQ

İqtisadiyyat