Kredit təşkilatları – 33 milyon manat mənfəət

post-img

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) cari ilin ilk rübünü 32,9 milyon manat xalis mənfəətlə başa vurub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankının mə­lumatına görə, yanvar-mart aylarında BOKT-ların gəlirləri 78,8 milyon manat (illik müqayisədə 2,1 dəfə çox), xərcləri 36,9 milyon manat (57 faiz çox), xüsusi ehtiyatlara ayırmaları 1,9 milyon manat (dəyişməyib), mənfəət vergisi ödəmələ­ri isə 7,1 milyon manat (7,9 dəfə çox) təşkil edib.

Beləliklə, bu il aprelin 1-nə BOKT-la­rın vəsaitləri 823,3 milyon manata çatıb ki, bu da əvvəlki ilə nisbətən 50,9 faiz çoxdur. Həmin vəsaitin 585,2 milyon manatı müştərilərə verilmiş xalis kredit­lərdir. Son 1 ildə isə sözügedən sekto­run kredit portfeli 38,5 faiz böyüyüb.

XQ

İqtisadiyyat