Azad edilən ərazilərdə ət istehsalı çoxalıb

post-img

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində heyvandarlığın dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticələr verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar–mart ayları ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında quş əti də daxil olmaqla diri çəkidə 4 min 867 ton ət və 34 min 52 ton süd istehsal edilib. 

2023-cü ilin müvafiq dövrü ilə müqa­yisədə ət istehsalı 6 faiz və ya 271 ton artsa da, süd istehsalında 1,3 faiz və ya 460 ton azalma qeydə alınıb. Xatır­ladaq ki, ötən ilin birinci rübündə işğal­dan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 4 min 596 ton ət və 34 min 512 ton süd istehsal olu­nub. Ümumilikdə, 2023-cü ildə bölgədə quş əti də daxil olmaqla diri çəkidə 22 min 570 ton ət və 136 min 678 ton süd istehsal edilib.

Cari ilin ilk rübündə ət və süd isteh­salına görə Ağdam rayonu birinci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə burada 1192 ton ət və 10 min 859 ton süd istehsal olunub.

XQ

İqtisadiyyat