Kredit qoyuluşu 23 faiz artıb

post-img

2024-ci il aprel ayının 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşları 25 milyard 442 milyon manat (cari ilin əvvəli ilə müqayisədə 6,1 faiz çox) təşkil edib.

Mərkəzi Bankın bununla bağlı mə­lumatına görə, 2023-cü ilin aprel ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kre­dit qoyuluşları 23,1 faiz və ya 4 milyard 777 milyon manat artıb. Belə ki, ötən ilin aprel ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 milyard 664 milyon manat təş­kil edib.

XQ

İqtisadiyyat