Lənkəranda çay sahələri 600 hektara çatacaq

post-img

Son illər Azərbaycanın ən böyük çayçılıq rayonu olan Lənkəranda bu ənənəvi əkinçilik sahəsinə maraq yenidən artır. Dövlət dəstəyindən ruhlanan fermerlər yaxın illərdə çay plantasiyalarını genişləndirilməsini qarşılarına məqsəd qo­yublar. Bu sahənin inkişafı, yüksək və keyfiyyətli məhsul əldə olunması üçün vacib amillərdən biri də sertifikatlı toxumdur. Məhz buna görə də təsərrüfat sahibləri bu amilə xüsusi diqqət yetirirlər. 

Rayonun Osakücə kəndində 50 hek­tar sahədə salınan plantasiyada yüksək məhsuldarlığı ilə seçilən çay sortları əki­lib. Hər il tonlarla məhsul tədarük edən təsərrüfat artıq özü-özünü toxumla da təmin edir. Çayçılıq təsərrüfatının nü­mayəndəsi Mirağa Həsənov bildirib ki, bu sahələrin 38 hektarı artıq məhsula düşüb. Digər 12 hektar sahə isə qarşıdakı illər­də məhsul verəcək. Bundan əlavə, gələ­cəkdə daha 25 hektar sahədə çay əkini planlaşdırılır. Artıq bunun üçün indidən hazırlıq görülür, toxumlar əkilir.

Qeyd edək ki, hazırda rayonda ümu­mi çay sahələri 552 hektar təşkil edir. Yaxın illərdə isə daha 48 hektardan artıq sahədə çay plantasiyaları salınacaq.

İqtisadiyyat