Azərbaycan–Çin: Şərqdən Qərbə açılan əməkdaşlıq dəhlizi

post-img

Dünən Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda konfrans keçirilib. 

“Qlobal və regional dinamika: Azər­baycan və Çindən baxış” panelinə mode­ratorluq edən ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun Siyasi araş­dırmalar, təhlil və nəşrlər üzrə direktoru Damyaan Krnyeviç Miskoviç qeyd edib ki, hər iki dövlətin əlaqələrində suverenlik və dövlətçilik prinsipləri əsas götürülür. 

Milli Məclisin deputatı, Azərbay­can-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Soltan Məmmədov, Çin Sosial Elmlər Akademiyası Rusiya Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru Sun Cuanqcı, Milli Məclisin deputatı, Azərbaycan-Çin parla­mentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu, Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkə­zi Asiya Tədqiqatları Departamentinin di­rektoru Li Çiquo, Beynəlxalq Münasibət­lərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoyun Azərbaycan–Çin əməkdaşlığı­nındurumu və perspektivləri ilə bağlı ak­tual mövzularda çıxış ediblər.

“Kəmər və Yol” təşəb­büsü ilə Transxəzər Bey­nəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji” panelinə moderatorluq edən Azərbaycan Dəmir Yolları QSC-nin Kommunikasiya departamentinin rəhbəri Ay­bəniz İsmayılova deyib ki, Azərbaycan ərazilərini iş­ğaldan azad etdikdən sonra Çinlə əməkdaşlıq üçün plat­forma yaranıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazir­liyinin nəqliyyat siyasəti şö­bəsinin müdiri Fariz Əliyev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş əməliyyat inzibatçısı Yucin Si, Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Av­ropa-Mərkəzi Asiya Tədqiqatları Departa­mentinin elmi işçisi Kanq Cie, Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzə­yev beynəlxalq nəqliyyat dəhlişlərində ölkələrimizin əməkdaşlığının önəmindən danışıblar. 

“Azərbaycan və Çin arasında qarşı­lıqlı fayda naminə əməkdaşlıq: iqtisadi, mədəni və insanlar arasında mübadilələr” panelində Xarici İşlər Nazirliyinin Asiya idarəsinin rəisi Ramil Rzayev Azərbay­canla Çin arasında 1992-ci ildən qurulan münasibətlərin yeni fazaya daxil olduğu­nu və əlaqələrin xalqlarımızın maraqları naminə inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycan Dillər Universitetinin Kon­futsi İnstitutunun direktoru Rafik Abba­sov, Bakı Dövlət Universitetinin Konfutsi İnstitutunun direktoru Vanq Xaoçianq və digər çinli qonaqlar Çin-Azərbaycan mü­nasibətlərinin strateji mərhələdən planlı şəkildə gələcəyə doğru addımladığını bildiriblər. 

XQ

İqtisadiyyat