İlk rübdə 30 yeni dövlət standartı

post-img

Cari ilin yanvar–mart aylarnda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 30 yeni dövlət standartı qəbul edilib.

Adıçəkilən dövlət xidmətinin məluma­tına görə, həmin dövlət standartlarının sayı ötən ilin müvafiq dövrü ilə müqa­yisədə 4 dəfəyədək artıb.

Yeni standartların qəbulu bizneslərin inkişafına müsbət töhfə verir. Standart­ların tətbiqi istehsal olunan malların key­fiyyətinin və məhsuldarlığın artmasına müsbət təsir göstərir, biznes fəaliyyətini stimullaşdırır, innovasiyaları təşviq edir, daxili və xarici ticarətin inkişafını dəstək­ləyir.

XQ

İqtisadiyyat