Cari ilin birinci rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artaraq 3 milyard 155 milyon manata çatıb.
Bu barədə məlumat verən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev daha sonra qeyd edib ki, yanvar-mart aylarında sözügedən sektorun ümumi daxili məhsulda ( ÜDM) payı 5,5 faizdən 6,8 faizə yüksəlib.
XQ