Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) 2024-cü il üzrə hesabatına əsasən, Azərbaycan 2014-2023-cü illər ərzində “Yaşıl enerji” ehtiyatlarını 567 meqavat artıraraq 1688 meqavata çatdırıb.
Sənədə görə, 2023-cü ildə respublikada hidroenergetika gücü 2014-cü illə müqayisədə 224 meqavat artaraq 1302 meqavata çatıb. Hesabat dövründə külək enerjisinin gücü 2014-cü ildəki 3 meqavatdan 2023-cü ildə 67 meqavata, günəş enerjisi 2 meqavatdan 282 meqavata yüksəlib. “Yaşıl enerji”nin digər hissəsi isə bərk bioyanacaq, bərpa olunan tullantılar, bioqazla işləyən güclərdən alınan bərpaolunan ehtiyatın payına düşüb.
Azərbaycanın enerji sistemində bərpaolunan enerji mənbələrinin (o cümlədən su elektrik stansiyaları) payı 2014-cü ildəki 15,2 faizdən 2023-cü ilin sonuna 20,3 faizə yüksəlib.
XQ