İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən ölkədə indiyədək 49 min 276 borcalana 3 milyard 8 milyon manat məbləğində kredit verilib. İKZF-nin bununla bağlı yaydığı açıqlamada bildirilib ki, ötən müddətdə 439 milyon 716 min manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 4427 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Qeyd edək ki, İKZF 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” açıq səhmdar cəmiyyətlərinin birləşməsi nəticəsində yaradılıb.
Həmin qurumların hüquqi varisi olan fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.
XQ