İstehlakçılar 560 milyon manatlıq ƏDV qazanıblar

post-img

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən aldığımız məlumata əsasən, cari ilin yanvar-mat aylarında respublikada  fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 43,8 milyon manatı geri qaytarılıb.

Məlumata görə, indiyədək alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün “edvgerial.az” portalında 2,7 milyondan çox istifadəçi qeydə alınıb. Layihənin tətbiq edildiyi vaxtdan 2024-cü il aprelin 1-dək  portalda qeydiyyatdan keçmiş istehlakçılara, ümumilikdə, 1,5 milyarddan çox kassa çeki üzrə 560 milyon manat ƏDV məbləği geri qaytarılıb.

“ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

XQ

 

İqtisadiyyat