Azərbaycan COP29 estafetini ən yüksək səviyyədə irəli aparır

post-img

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) qlobal miqyasda enerji sisteminin transformasiyasının aparıcı qüvvəsi və əməkdaşlıq üçün başlıca platforma kimi qabaqcıl təcrübə mərkəzi rolunu oynayaraq bu sahədə siyasət, texnologiya, resurslar və maliyyə imkanları haqqında bilikləri bir yerə toplayan hökumətlərarası təşkilatdır. IRENA dayanıqlı inkişaf, enerjiyə çıxış, enerji təhlükəsizliyi və aşağı karbon emissiyalı iqtisadi artım və rifah hədəflərini rəhbər tutaraq bioenerji, geotermal, hidroenergetika, okean, günəş və külək enerjisi də daxil olmaqla bərpaolunan enerjinin bütün növlərinin geniş yayılmasını və davamlı istifadəsini təşviq edir. 

Yarandığı dövrdən indiyə kimi təşki­lata artıq 168 ölkə və Avropa İttifaqı (Aİ) üzv olub. Azərbaycan 2009-cu ildən IRE­NA-nın üzvlüyünə qəbul edilib və 2014-cü il mayın 2-də Milli Məclisin qərarı ilə IRENA-nın nizamnaməsinin ratifikasiyası ilə onun tamhüquqlu üzvü olub. Ötən il yanvarın 14-15-də keçirilən IRENA As­sambleyasının 13-cü sessiyasında qə­bul edilmiş qərara əsasən, Azərbaycan 2023-2024-cü illər üzrə IRENA Şurasına üzv seçilib.

IRENA-nın baş direktoru Françes­ko La Kamera mediaya müsahibəsin­də Azərbaycanla bu qurum arasında əməkdaşlığın genişləndirilməsi, enerji keçidinin sürətləndirilməsi, eyni zaman­da, yaşıl enerji texnologiyalarına qlobal investisiyalar və Bakının evsahibliyi edə­cəyi COP29 barədə fikirlərini bölüşüb. O, IRENA-nın intellektual potensialının 2025-ci ildə ölkələrə öz milli səviyyələ­rində verdikləri töhfələri nəzərdən keçir­məyə xidmət edə biləcəyini vurğulayıb: “Biz, həmçinin Azərbaycanda bərpaolu­nan enerjiyə sərmayə qoyuluşunu təş­viq edə bilərik. Beləliklə, Azərbaycanla birgə əməkdaşlığımız intellektual poten­sialdan və yerində icra olunan işlərdən ibarətdir. Biz Azərbaycanla əməkdaşlıq edirik, əməkdaşlığımız çox yaxşıdır. Azərbaycan, həmçinin İRENA Şurasının üzvüdür.

Françesko La Kamera müxbirin “Az karbonlu enerji keçidini sürətləndirmək və davamlı inkişafa nail olmaq üçün han­sı tədbirlər görülməlidir?” sualına isə belə cavab verib: 

– Bu sualı hamıya, o cümlədən Azər­baycana da aid etmək olar. Biz bərpao­lunan enerji mənbələrindən daha sürətli şəkildə istifadə etmək üçün struktur ma­neənin üç əsas sahəsini müəyyən etdik. Birincisi infrastrukturdur. Yəni bizim ba­lanslaşdırılmış, bir-birinə sıx bağlı olan enerji sisteminə ehtiyacımız var. İkincisi, biz hələ də lazımi strategiyaları müəyyən etməmişik. Bundan əlavə, lazımi baca­rıqlara və qurumların potensiallarına hələ də malik deyilik. Üçüncüsü, universitetlə­rimizin tədris planı köhnə enerji sisteminə bağlıdır. Həmin istiqamətlər üzrə inkişaf etməliyik”.

IRENA-nın baş direktoru müsahibə­də bildirib ki, enerji səmərəliliyi də daxil olmaqla “yaşıl enerji” texnologiyalarına qlobal investisiyalar 1,3 trilyon dollara ça­tıb. Bu, yeni rekorddur. Bununla belə, biz bütöv sistemdən danışarkən sərmayələri dörd dəfə artıraraq 5,2 trilyon dollara çat­dırmalıyıq. Ötən il bərpaolunan enerjinin tutumu əvvəlki ilə nisbətən 60 faizdən çox təşkil edərək rekord il oldu ki, bu, çox bö­yük irəliləyişdir. Biz düzgün istiqamətdə irəliləyirik. Əsas problem vaxtdır. Hansı istiqamətdə gedəcəyimiz barədə şübhə yoxdur. Məsələ ondan ibarətdir ki, bizim iqlim dəyişikliyi ilə bağlı problemimiz var ki, bu da bizi CO2 emissiyasını çox sürət­lə azaltmağa məcbur edir. Yəni istiqamət düzgündür, lakin sürəti və miqyası istədi­yimiz kimi deyil. Beləliklə, biz enerji keçi­dini sürətləndirməli və genişləndirməliyik.

Françesko La Kamera müsahibəsinin sonunda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası­nın Tərəflər Konfransının 29-cu sessi­yasından gözləntiləri barədə də fikirlərini bildirib: “Mən artıq bir neçə dəfə Azər­baycana səfər etmişəm. Mənim ölkənin energetika naziri ilə işgüzar münasibətlə­rim var. Azərbaycanın və onun hökuməti­nin COP29 konfransını uğurla keçirilməsi üçün hər cür imkanları var. Məqsədlər çox aydındır. Yeni maliyyə öhdəliyi barə­də qərar verməliyik. 

XQ

İqtisadiyyat