Xəzərin ekoloji dəyişikliyi ölkəmizin nəzarətindədir

post-img

Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda Xəzəryanı dövlətlərin Baş Prokurorluqlarının rəhbər vəzifəli şəxslərinin beştərəfli görüşündə qeyd edib ki, Azərbaycan, öz növbəsində, Xəzər dənizinin ətraf mühitinə mənfi təsirləri minimuma endirmək üçün tədbirlər görür. 

U.Tağıyeva daha sonra deyib ki, bu tədbirlərdən biri də xüsusi mühafizə olu­nan təbiət əraziləri şəbəkəsinin yaradıl­masıdır. Xəzər sahili zonasında ümumi sahəsi 165 min 989 hektar olan 4 milli park – Abşeron, Qızılağac, Samur – Ya­lama və Şirvan milli parkları var. Ölkəmiz ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, nəsli kəsilməkdə olan “Qırmızı Kitab”a daxil olan nadir fauna və flora növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi məsələlə­rinə xüsusi diqqət yetirir. Brakonyerliklə mübarizə ilə yanaşı, dəniz bioresursları­nın bərpası və artırılmasına xüsusi diqqət yetirilir. Xəzər dənizinə və digər daxili su hövzələrinə son 3 ildə 20 milyondan çox balıq körpələri buraxılıb, bunlardan 1 mil­yon 771 mini nərə cinsli balıq körpələri olub.

Nazir müavini deyib ki, Xəzər dəni­zinin ətraf mühitinin ekoloji zərərlərinin müəyyənləşdirilməsi məqsədilə “Əlif Ha­cıyev” gəmisi ilə mütəmadi monitorinqlər həyata keçirilir: “Bu il Azərbaycan COP29 mötəbər beynəlxalq tədbirinə evsahibliyi edəcək. COP29-un əsas komponentləri arasında Xəzər dənizindəki ekoloji dəyi­şiklik problemləri də mühüm yer tutacaq. Danışıqlar prosesi ilə paralel iqlim fəaliy­yəti gündəliyi çərçivəsində Xəzər dənizi ilə bağlı təşəbbüs də yer tutacaq. Bu da, öz növbəsində, Xəzər probleminin yalnız milli və regional səviyyədə deyil, həm də beynəlxalq səviyyədə iqlim dəyişmələ­rinə uyğunlaşma proqramları çərçivəsin­də həlli üçün zəmin yarada bilər”.

XQ

Ekologiya