Əhmədbəyli–Ağbənd magistralı bu il Zəngilana çatacaq

post-img

İşğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata ke­çirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müa­vini Akif Aygen mediaya müsahibəsində Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolunun Zəngilan beynəlxalq hava limanına qədər olan hissəsinin tamamlanmaq üzrə olduğunu bildirib. “Böyük ehtimalla yol bu ilin sonuna qədər hazır olacaq. Hazırda yol üzərindəki 3 tuneldə betonlaşdırma işləri aparılır”, – deyə o, qeyd edib.

Xatırladaq ki, strateji əhəmiyyətə malik Əhmədbəyli–Horadiz–Mincivan–Ağbənd avtomobil yolu başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürməklə la­yihələndirilib. Yolun uzunluğu 124 kilometrdir. 

Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Magistralın ilk 76 kilometrlik hissəsinin 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsinin isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

XQ

İqtisadiyyat